AZ EN RU

Culfa rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində baş verib. Hadisə zamanı "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Qəza zamanı avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Yunisov Rüstəm Əsgər oğlu aldıqları xəsarətdən sonra ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu  və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 23.04.2024 10:33