AZ EN RU

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib. 

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 29.07.2023 14:50