AZ EN RU

Cüdoçumuzdan qızıl medal

    Polşanın paytaxtı Varşava şəhərində məşqçi Slavomir Paçolakın xatirəsinə həsr olunmuş VIII Bialoleki kuboku uğrunda açıq cüdo turniri keçirilib. 5-6 noyabr tarixlərini əhatə edən ənənəvi yarışda həvəskarlar, ustalar, yeniyetmələr və gənclər arasında görüşlər keçirilib.
    Naxçıvan Güləş Federasiyasının idmançısı Məhəmməd Mədətli 15 yaşadək idmançılar arasında 50 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparıb. Təmsilçimiz 1/8 final mərhələsindən başlayaraq polşalı, sloveniyalı və rumıniyalı rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə daha bir Polşa idmançısını məğlub edən Məhəmməd turnirin qaliblərindən olub.
    İdmançımız diplom, medal və xatirə plaketi ilə mükafatlandırılıb.

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 10.11.2022 21:03