AZ EN RU

Cüdoçularımızdan uğurlu nəticə

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində usta cüdoçuların arasında keçirilən ölkə çempionatına yekun vurulub.
    Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkil etdiyi çempionatda 120-yə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb.
    Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da öz güclərini göstəriblər. Onlardan Məcid Rzayev 30-34 yaş kateqoriyasında -90 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Digər idmançımız Sarvan Məhərrəmov isə -90 kiloqram çəki dərəcəsində (45-49 yaş kateqoriyası) ölkə birinciliyini bürünc medalla başa vurub.
    Qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.03.2022 19:25