AZ EN RU

“Crocus City Hall” mərkəzindəki yanğın tam söndürülüb

Moskvanın “Crocus City Hall” mərkəzindəki yanğın tam söndürülüb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürmə işləri Moskva vaxtı ilə saat 18.40-da (Bakı – 19.40) başa çatıb.
Qeyd edilib ki, 13 min kvadratmetr dam örtüyü və iki mərtəbədə baş verən yanğının söndürülməsinə 500 nəfər şəxsi heyət, çox sayda texnika və 3 helikopter cəlb olunub.

Nəşr edilib : 25.03.2024 21:51