AZ EN RU

COP29-un baş icraçı direktoru: Yaşıl dəhlizlərin yaradılması Azərbaycan üçün çox vacibdir

Biz öz tərəfimizdən müəyyən işlər görürük. Yaşıl dəhlizlərin yaradılması Azərbaycan üçün çox vacibdir.

Bu sözləri 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov söyləyib.

Cənubi Qafqaz bölgəsinin su problemi ilə üzləşdiyini diqqətə çatdıran Elnur Soltanov əlavə edib ki, dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.

Nəşr edilib : 22.07.2024 14:47