AZ EN RU

COP29 sədrliyi FAO ilə danışıqlar aparıb

COP29 sədrliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə danışıqlar aparıb.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

"BMT-nin himayəsi altında keçirilən Bonn İqlim Konfransı çərçivəsində COP29-un sədrliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə sessiya keçirib. Burada Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində fermerlər və kənd icmaları arasında əməkdaşlıq mövzusu müzakirə edilib", - paylaşımda qeyd edilib.

Nəşr edilib : 05.06.2024 12:04