AZ EN RU

COP29 sədrliyi: Afrikanın ehtiyacları və problemləri fəaliyyətimizin mərkəzindədir

COP29 komandası bir çox maraqlı tərəfləri bir araya gətirən karbon bazarları ilə bağlı Afrika konfransında iştirak edib.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, konfrans çərçivəsində COP29 sədrliyi Paris Sazişinin 6-cı Maddəsinin praktiki icrasını nəzərdən keçirib.

Bununla yanaşı, Afrikanın ehtiyaclarının COP29 sədrliyinin fəaliyyətinin və səylərinin mərkəzində olduğu bildirilib.

Nəşr edilib : 24.07.2024 16:28