AZ EN RU

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386; 2002, № 8, maddə 465; 2011, № 6, maddə 481; 2015, № 11, maddə 1290; 2016, № 5, maddə 840) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

“1.4. Bu Qanunda “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur.”.

2. 4.2-ci, 5.1-ci maddələrdə, 5.3-cü maddənin birinci cümləsində, 6.2-ci, 6.3-cü, 8.3-cü, 10.2-ci maddələrdə, 13.1-ci maddənin birinci cümləsində, 13.2-ci, 15.1-ci, 15.2-ci, 16.1-ci maddələrdə, 16.2-ci maddənin ikinci cümləsində, 16.4-cü, 16.5.1-ci, 18.1-ci və 18.2-ci maddələrdə “müvafiq icra hakimiyyəti” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilsin.

3. 7.1-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanları” sözləri “səlahiyyətli orqanı və müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2023-cü il

Nəşr edilib : 08.08.2023 16:14