AZ EN RU

Çin Xalq Respublikasından gələn mütəxəssislər Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təlim keçiblər

İyunun 7-də Çin Xalq Respublikasından muxtar respublikaya gələn mütəxəssislər Naxçıvan  Texniki Peşə və Sürücülük Məktəbində təlim keçiblər. 
Ekoloqların verdiyi rəyə görə dünya ekosistemində karbon qazı özünün son həddinə yaxınlaşıb. Bunun qarşısının alnması üçün müxtəlif tədbirlər həyata keçirilir, dünyada ekoloji problemlərə diqqət artırılır. Bunlardan biri də elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilməsidir. Muxtar respublikada da bu sahədə müxtəlif tədbirlər həyata keçirilir. Sərnişindaşımada elektriklə işləyən elektrobuslardan istifadə olunur. Bu növ avtomobillərin istismarında və təmirində  ixtisaslı kadrlara ehtiyac duyulur.
Cari ilin may ayının 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsə elektrobusların təqdimatı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Təhsil Nazirliyinə sürücülük və peşə məktəblərində elektriklə işləyən avtobuslar üçün kadr təminatının diqqətdə saxlanılması, tədris proqramında dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib. Tapşırığa uyğun olaraq Təhsil Nazirliyi tərəfindən Texniki Peşə və Sürücülük Məktəbinin tədris proqramına elektriklə işləyən avtomobillərin istismarı qaydaları ilə bağlı əlavələr  olunub. Bu tədbirlərin davamı olaraq isə Çin Xalq Respublikasından gələn mütəxəssislər məktəbin müəllimləri və elektrobus sürücüləri üçün təlim keçiblər.
Xarici mütəxəssislər təlim iştirakçılarına elektiriklə işləyən avtomobillərin və elektrobusların konusturuksiyası, mühərikin işləmə qaydası, ehtiyat hissələri haqında geniş məlumatlar veriblər. Elektiriklə işləyən avtomobillərdə gələcəkdə yarana biləcək texniki nasazlıqların aradan qaldırılması üçün görüləcək tədbirlər də iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar  cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:16