AZ EN RU

Çin hidrogenlə işləyən qatarı sınaqdan keçirib

Çinin “CRRC Changke” şirkəti hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirib.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qatar Çançunda (Şimal-Şərqi Çində əyalət) xüsusi xətt üzrə sınaqdan keçirilib və 160 km/saat sürətlə hərəkət edib.

Ekspertlər bildiriblər ki, sınaq Çinin dəmir yolu nəqliyyatı sənayesində hidrogen enerjisi texnologiyasının tədqiqi, inkişafı və tətbiqində mühüm mərhələdir.

Nəşr edilib : 22.03.2024 14:25