AZ EN RU

Ceyhun Cəlilov: "Hazırda, muxtar respublika şəhid ailəsi üzvülərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək Fondu”) tərəfindən 439 min 583 manat vəsait xərclənmişdir"

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri Ceyhun Cəlilov deyib. O bildirib ki, muxtar respublikada aktiv məşğulluq tədbirləri istiqamətində də işlər davam etdirilir: "Cari ilin müvafiq dövrü ərzində 1000-ə yaxın şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Bu istiqamətdə də həssas təbəqədən olan şəxslər diqqət mərkəzində saxlanılmışdır. 18 nəfər şəhid ailəsi üzvü, 30 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Həmçinin 40 şəhidin ailə üzvünün, 65 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı Özünüməşğulluq Proqramı üzrə qeydiyyata alınmış, aktivlərlə təmin olunması istiqamətində iş aparılmaqdadır. Həmçinin ilin sonunadək müvafiq proqram üzrə müxtəlif təyinatlı 1000-ə yaxın aktiv verilməsi nəzərdə tutulmuşdur".

Nəşr edilib : 04.11.2023 14:16