AZ EN RU

Ceyhun Bayramov: "Terror hücumunu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır"

"Azərbaycan Respublikasının İrandakı səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.

"Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır", - o bildirib.

Nəşr edilib : 27.01.2023 14:25