AZ EN RU

Ceyhun Bayramov sülh prosesini Azərbaycan ilə Ermənistan arasında olan ikitərəfli proses adlandırıb

Azərbaycanla Rusiya arasındakı münasibətləri tənzimləyən çoxsaylı sənədlər var. Xüsusi vurğulamalıyıq ki, sənədlər sırasında 4-ü dövlətlərarası münasibətləri formalaşdırır.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

“2022-ci ildə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra imzalanan məlum bəyanatlarda da göstərilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır. Bu yanaşma bütün təmaslar zamanı Rusiyadan olan həmkarlar tərəfindən təsdiqlənib”, - deyə nazir bildirib.

C. Bayramov sülh prosesini və müqaviləsini Azərbaycanla Ermənistan arasında olan ikitərəfli proses adlandıraraq deyib: “Burada hansısa dövlət müsbət töhfəsini vermək istəyirsə, - əgər o neytraldırsa, -gündəliyi pozitivdirsə, - biz onu qəbul etmişik. Son illərdə belə təşəbbüslər Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən də olub”.

Nəşr edilib : 28.12.2023 17:12