AZ EN RU

Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşərək ikitərəfli gündəmdə duran mühüm məsələləri və yeni əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirməklə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edib",-məlumatda qeyd edilib.

Nəşr edilib : 30.04.2024 14:05