AZ EN RU

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 10.05.2024 09:25