Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qambiyalı həmkarı ilə görüşüb.
Nazir bu barədə “X”dəki hesabında yazıb.
"Qambiyaya səfərim çərçivəsində həmkarım Mamadu Tanqara ilə dərin məzmunlu görüş keçirdim. Biz ikitərəfli əməkdaşlığımız, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İƏT kimi çoxtərəfli platformalarda Azərbaycan və Qambiya arasında qarşılıqlı dəstək haqqında geniş danışdıq", - nazir qeyd edib.