AZ EN RU

Ceyhun Bayramov Qambiyada sammitdə çıxış edib

Qambiyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov sammitdə iştirak və çıxış edib.
Bu barədə Azərbaycan “X”dəki hesabında yazıb
C.Bayramov çıxışında İslam dünyasındakı çağırışların, o cümlədən ən təhlükəli olan islamofobiyanın effektiv həlli üçün İƏT-ə üzv dövlətlərin həmrəyliyinin zəruriliyini vurğulayıb.
Fələstin məsələsi də daxil olmaqla, Azərbaycanın İƏT coğrafiyasında münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi bir daha vurğulanıb.
Münaqişədən sonrakı regional reallıqlar, yenidənqurma və sülh səyləri ilə bağlı çağırışlar və perspektivlər diqqətə çatdırılıb.

Nəşr edilib : 04.05.2024 22:25