AZ EN RU

Ceyhun Bayramov: Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarları yanlışdır

Biz Ermənistanın yüksək siyasi rəhbərliyinin Laçın yolu ilə bağlı qərarlarının yanlış olduğunu görürük. Onların mövqeyindəki qeyri-ardıcıl yanaşmalar beynəlxalq fikri yayındırmaq və regionda ajiotaj yaratmaq niyyətindən xəbər verir. Bu məsələdə Azərbaycan vətəndaş cəmiyyətinin fikirləri eşidilməlidir.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən konstruktiv dialoqun yaradılmamasına cəhdlər müşahidə edilir.

“Azərbaycan Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə daimi əlaqədədir. Biz sülhə alternativ görmürük”, - deyə azərbaycanlı nazir əlavə edib.

Nəşr edilib : 28.02.2023 16:18