AZ EN RU

Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala zəfərinin 109-cu ildönümü münasibətilə Türkiyəni təbrik edib.

Bu barədə nazir "X"də paylaşım edib.

"Bu gün Türkiyə xalqının vətənpərvərlik və qəhrəmanlıq salnaməsi sayılan Çanaqqala zəfərindən 109 il ötür. Bu tarixi zəfərin ildönümündə qardaş Türkiyəyə səmimi təbriklərimizi çatdırır, müstəqillik və inkişafının əbədi olmasını arzu edirik", - o bildirib.

Nəşr edilib : 18.03.2024 16:53