AZ EN RU

Ceyhun Bayramov BƏƏ-də Şeyx Zayed məscidini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) rəsmi səfərim çərçivəsində Şeyx Zayed məscidini ziyarət edib.

Bu barədə nazir "X" hesabında yazıb.

Ziyarət zamanı o, BƏƏ-nin ilk Prezidentinin xatirəsini ehtiramla yad edib.

"Səfər zamanı Şeyx Zayed bin Sultan Əl Nəhyanın bu gözəl irsi ilə tanış olmaqdan çox məmnunam", - deyə XİN başçısı qeyd edib.

Nəşr edilib : 31.10.2023 15:21