AZ EN RU

Ceyhun Bayramov: Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır

Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu, Ermənistan üçün bir fürsətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ermənistanla münasibətlərin normallaşması məsələsində ölkələrimiz arasında koordinasiya var.

Nəşr edilib : 05.03.2022 15:59