AZ EN RU

Ceyhun Bayramov: "Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz"

"Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz".

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.

O bildirib ki, Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı:

"Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.

Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması idi".

Nəşr edilib : 23.09.2023 21:10