AZ EN RU

Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.

Tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Nəşr edilib : 14.05.2024 12:07