AZ EN RU

Ceyhun Bayramov: “44 günlük Vətən müharibəsi qardaşlıq münasibətlərimizin ən bariz nümunəsi idi”

“44 günlük Vətən müharibəsi qardaşlıq münasibətlərimizin ən bariz nümunəsi idi”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsi başlayandan Türkiyənin dəstəyini hiss etdi: “Bu gün də işğaldan azad olunmuş ərazilərin bərpasında, sülh quruculuğu prosesində Türkiyə bizə dəstək verir".

Nazir bildirib ki, Zəngəzur dəhlizinin açılması artıq daha da aktualdır.

Nəşr edilib : 31.07.2023 14:56