AZ EN RU

Ceyhun Bayramov: 2023-cü il məzmun cəhətdən zəngin olub

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz 2023-cü il məzmun cəhətdən zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, qətiyyətli, prinsipial xarici siyasət kursu uğurla həyata keçirilib.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, 2023-cu il Azərbaycanın öz suverenliyinin tam bərpa etməsi ilə yadda qalıb. Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bəzi dairələrin qərəzli mövqeyinin öhdəsindən gəlməyə imkan verib.

Nəşr edilib : 28.12.2023 15:54