AZ EN RU

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşıladılar.

Nəşr edilib : 01.02.2024 14:51