AZ EN RU

Çex Respublikasının Prezidenti Petr Paveldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

 

Petr Pavel

Çex Respublikasının Prezidenti

Nəşr edilib : 25.05.2024 11:51