AZ EN RU

Cevdet Yılmaz və Hikmət Hacıyev Ankarada görüşüb

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - deyə C. Yılmaz X sosial şəbəkə hesabında bildirib.

Nəşr edilib : 10.06.2024 19:03