AZ EN RU

Cevdet Yılmaz : Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq

Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq.

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərə aiddir: “Qarabağ zəfəri tarixi qələbə oldu. Fürsətdən istifadə edib bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

C.Yılmaz, həmçinin xatırladıb ki, Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan ilk dəstək göstərən ölkələrdən oldu.

Nəşr edilib : 08.05.2024 17:11