AZ EN RU

Cenevrədə Novruz bayramına həsr olunan tədbir keçirilib

Cenevrədə Novruz bayramına həsr olunan tədbir keçirilib
"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bayram tədbiri Azərbaycanın Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Cenevrədə və ətraf bölgələrdə yaşayan soydaşlarımız və Novruzu milli bayram kimi qeyd edən dost və qonşu ölkələrin səfirləri iştirak ediblər.
Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov Novruz adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyətinə və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb.
Sonra soydaşımız Mariya Xan Xoyskayanın rəhbərliyi ilə Cenevrədə fəaliyyət göstərən və üzvləri bu şəhərdə yaşayan azərbaycanlıların övladlarından ibarət “İrs” rəqs ansamblı tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş olunub.
Bayramda qonaqlara Azərbaycan milli şirniyyatları və mətbəximizin təamları təqdim olunub.
Sonda Daimi nümayəndəliyin həyətində bayram tonqalı qalanıb.

Nəşr edilib : 25.03.2024 14:12