AZ EN RU

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində "Naxçıvan Muxtar Respublikası -100" başlıqlı sərgi təşkil edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar " Naxçıvan Muxtar Respublikası -100" başlıqlı sərgi təşkil edilib.

Sərgidə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  30 dekabr 2023-cü il tarixdə imzaladığı sərəncamın mətni, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin muxtar respublika haqqında söylədiyi dəyərli fikirlər, Ulu öndərin 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyində Naxçıvana səfəri zamanı Ədəbiyyat Muzeyini ziyarət edərkən çəkilən fotosu, Heydər Əliyev Muzeyi , Naxçıvan Dövlət Tarix Muzeyi, Ədəbiyyat Muzeyi, K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi və "Xan Sarayı" Dövlət Tarix- Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin fotoları, həmçinin Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair kitablar və digər fotolar nümayiş olunur.

Nəşr edilib : 15.01.2024 14:06