AZ EN RU

Cəhri qəsəbə sakinindən “Naqan” tipli tapança aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Babək Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəhri qəsəbə sakini M.Niftəliyevin yaşadığı evin həyətinə baxış zamanı “Naqan” tipli tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.

Nəşr edilib : 19.06.2023 13:51