AZ EN RU

Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq

Dövlət başçısının Fərmanına əsasən, Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidentindən biri də “İmprotex Qarabağ Sənaye kompleksi”dir. Sənaye Parkında kompleksin zavodunun tikintisinə başlanılıb. Gələn il fəaliyyətə başlayacaq zavodda minatəmizləyən texnikalarla yanaşı, qoşqu və yarımqoşqu, xüsusi təyinatlı texnikalar istehsal ediləcək.

“İmprotex Qarabağ Sənaye Kompleksi”nin direktoru Fərid Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, Sənaye Parkında kompleksin ümumi sahəsi 5 hektar ərazini əhatə edəcək və burada 8 min kvadratmetrlik zavod olacaq. Layihə üzrə tikinti işləri mərhələli şəkildə aparılacaq. Zavod üçün 7,4 milyon manat investisiya yatırımı planlaşdırılır. Zavodda açılacaq 124 iş yerində yerli sakinlər çalışacaq.

Nəşr edilib : 11.12.2023 20:26