AZ EN RU

Cəbrayıl rayonunun Horovlu kəndinin gələcək görünüşü belə olacaq

İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinin gələcəkdə necə olacağını nümayiş etdirən videoçarx yayımlanıb.

Videoda işğal illərində kəndin dağıntıları əks olunur, eləcə də tamamilə yenidən qurulacaq kəndin yeni siması göstərilir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

Həmçinin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

Nəşr edilib : 19.10.2023 10:44