AZ EN RU

Çavuşoğlu: Rusiya Ukrayna ilə danışıqlarda Türkiyənin vasitəçiliyindən imtina etmir

Rusiya Ukrayna ilə danışıqlarda Türkiyənin vasitəçilik rolundan imtina etmir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində deyib.

“Ukrayna Rusiya ilə danışıqların keçirilməsi barədə bizim təşəbbüsümüzə müsbət yanaşıb. RF belə bir görüşə qapılarını bağlamır. Lakin müzakirələr, o cümlədən görüşün tarixinin müzakirəsi davam edir”, - deyə Çavuşoğlu bildirib. O, qeyd edib ki, Türkiyə Kiyev və Moskva arasında gərginliyin azaldılmasında Ankaranın iştirakının mümkünlüyünü yaxın vaxtlarda Rusiya ilə müzakirə edəcək.

Mövlud Çavuşoğlu, həmçinin deyib ki, Rusiyanın guya Ukraynanı işğal etməyə hazırlaşdığı barədə Qərbin bəyanatı yalnız təlaşı artırır və orada iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxarır.

Nəşr edilib : 10.02.2022 12:12