AZ EN RU

Cari tədris ilinin I yarımilinin yekunları müzakirə olunub

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari tədris ilinin I yarımilinin yekunları ilə bağlı görüş keçirilib. 
Təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə  keçirilən görüşdə  son dövrlərdə Nazirlik  tərəfindən təhsillə bağlı həyata keçirilən  əsas islahatlar, ümumtəhsil  məktəblərinin  ixtisaslı müəllim və  yardımçı heyətlə  komplektləşdirməsi, məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi  ilə bağlı həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırılıb, fənn müsabiqələri və olimpiadaların nəticələri  müzakirə olunub. 
Görüşdə buraxılış imtahanlarının son 3 illik nəticələrinin  də məktəblər və rayon Təhsil Şöbələri üzrə müzakirəsi aparılıb, 2023-2024-cü tədris ili üçün buraxılış imtahanlarında hədəflər müəyyənləşdirilib. 
Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov  təhsil müəssisələrinin rəhbərlərinə II yarımildə də  məktəblərdə  tədrisin düzgün təşkili, şagirdlərin olimpiadalarda iştirakı, buraxılış imtahanlarının  nəzarətdə saxlanılması, məktəb qiymətləndimələrinin qaydalara uyğun aparılması, məktəb-valideyin münasibətlərinin düzgün qurulması, “Naxçıvan Muxtar Respublikası 100 illiyi” ilə bağlı nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə keçirilməsi və digər məsələlərlə bağlı tapşırıqlarını çatdırıb.

Nəşr edilib : 18.01.2024 21:31