AZ EN RU

Cari ilin birinci yarısında 91 şəhid ailəsinə və 43 müharibə əlilinə yardım göstərilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən cari ilin birinci yarısında 91 şəhid ailəsinə və 43 müharibə əlilinə yardım göstərilib. 

Nazirlikdən "Şərq qapısı" qəzetinə verilən məlumata görə, ilin ilk 6 ayında bu ailələrə ümumilikdə, “Dəstək” Fondu tərəfindən 341550 manat yardım verilib. 
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi naziri Ceyhun Cəlilov tərəfindən cari ilin birinci yarısında 142 şəhid ailəsi və 155  müharibə əlili ilə görüş keçirilib. Həmçinin, 35 şəhid ailəsi  ünvanlarında ziyarəti edilib.

Nəşr edilib : 20.07.2023 19:52