AZ EN RU

Cari ilin 6 ayı ərzində 200-ə yaxın elektron imza sertifikatı verilib

    Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir. 
    Muxtar respublikada 2023-cü ilin yanvar-iyun ayları ərzində 1-i vətəndaş, 5-i sahibkar, 30-u hüquqi şəxs, 163-ü dövlət qurumu olmaqla, ümumilikdə, 199  elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. 
    Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzadan bütün vətəndaşlar o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.
    Qeyd edək ki, elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri vardır. Belə ki, vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edir. 

 Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.07.2023 20:08