AZ EN RU

Cari ildə ARDNF “Şahdəniz” yatağından 78 milyon dollardan çox gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin əvvəlindən martın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 78,5 milyon dollar gəlir əldə edib.

Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 3,7 dəfə azalaraq 15,7 milyon dollar təşkil edib.

Nəşr edilib : 05.03.2024 11:35