AZ EN RU

CANSO-nun baş direktoru: Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb

Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb.

Bu sözləri CANSO-nun baş direktoru Saymon Hokkard Bakıda keçirilən Ümumdünya Aeronaviqasoya Sammitində çıxış zamanı deyib.

“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini xatırladır. Bu mühüm müzakirəni burada, Bakıda apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin qorunması məqsədilə bütün sənayə və ölkələrin birgə səylərinin zərurliyini dərk edirik”, - deyə CANSO-nun baş direktoru vurğulayıb.

Nəşr edilib : 12.06.2024 11:11