AZ EN RU

Çanaqqalada meşədə yanğın başlayıb

Türkiyənin Çanaqqala şəhərində meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə TRTHaber məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürən təyyarələr, helikopterlər, maşınlar və çox sayda canlı qüvvə əraziyə göndərilib.

Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Nəşr edilib : 11.06.2024 21:01