AZ EN RU

Çalxanqala kənd yaylaq yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb

Yağan güclü yağış nəticəsində yaranan sel suları Çalxanqala kənd yaylaq yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.

Kəngərli rayon İcra Hakimiyyətinin müraciəti əsasında sözügedən yolda yaranmış problemlə bağlı əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. 

Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub

YAXŞI YOL...

Nəşr edilib : 08.05.2024 16:09