AZ EN RU

Cahit Bağçı: Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş Azərbaycanla bölüşməyə hazırıq

“Şuşa Bəyannaməsi” təkcə Türkiyə və Azərbaycan dövlət başçılarının siyasi iradəsini əks etdirmir, eyni zamanda, millətin də iradəsini əks etdirir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyev İlinə həsr olunmuş “İcbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi” mövzusunda keçirilən seminarın açılış mərasimində deyib.

“Bu Bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir. Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-biri ilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydası olacağını düşünürəm”, - deyə səfir bildirib.

Nəşr edilib : 14.11.2023 11:44