AZ EN RU

"Bütün ordubadlıların və Azərbaycanımızın gözü aydın olsun!"

Ordubadın qoruq elan edilməsi ilə bağlı dövlət başçısının Sərəncamını bir ordubadlı kimi böyük məmnuniyyət və fəxarət hissi ilə oxudum. Məncə, bu Sərəncamın əsası hələ illər əvvəl “Ordubad Azərbaycanın incisidir” sözləri ilə qoyulmuşdu. Və bu mənəvi elan olunma bu gün sənədləşərək, rəsmi şəkildə öz təsdiqini tapdı. Ordubad təkcə öz tarixi abidələri, möhtəşəm və əsrarəngiz təbiəti ilə yox, həm də min illərdən bəri yaşadılan adət-ənənəsi ilə, qonaqpərvərliyi, insanlara və insanlığa verdiyi dəyərlərlə qoruq sayılmalıdır, qorunmalıdır.

Ordubadı sözün bütün mənalarında həm fiziki-tarixi tərəfdən, həm də mənəvi tərəfdən qorumaq, gələcək nəsillərə çatdırmaq bu elin övladı olaraq hər birimizin borcudur. Sevindirici haldır ki, bu gündən etibarən artıq bu məsələdə dövlətin gücü və dəstəyi də yanımızda olacaq. Ordubad keçmişdən gələcəyə, min il əvvəlki kiçik şəhər-dövlət ənənəsindən bugünkü güclü və qüdrətli Azərbaycan dövlətinə gəlib çıxan  ən gözəl hədiyyədir. Bugünkü Sərəncam bu gözəlliyin gələcək nəsillərə də çatdırılması üçün bir vasitədir! 

Bütün ordubadlıların və Azərbaycanımızın gözü aydın olsun!

Ordubad Azərbaycandır!

Çingiz ÖZGÜR

jurnalist

 

Nəşr edilib : 21.02.2024 15:27