AZ EN RU

Buraxılış mərasimi keçirilib

    Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
    Mərasimdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
    Çıxış edənlər kurslar zamanı Ordumuzun apardığı uğurlu döyüşəməliyyatlarında qazanılmış təcrübəilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıqdərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.  
    Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Rəhim Cəfərov bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra da ölkə başçısı tərəfindən ordu quruculuğu sahəsində bir çox islahatlar aparılır, ordumuzun daha da güclənməsi istiqamətində mühüm addımlar atılır. Aparılan islahatlarda Ordumuzun peşəkar hərbi qulluqçularla təmin olunması da əsas məsələlərdən biri kimi daim diqqətdə saxlanılır. Bu məqsədlə Əlahiddə Ümumqoşun Orduda keçirlən ixtisas hazırlığı kurslarına xüsusi diqqət yetirilir, kursları bitirən gənclərimiz dərs  və məşğələlər zamanı qazandıqları təcrübəni, nəzəri və praktiki bilikləri xidmət yerlərində qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə edirlər.
    Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.

Kənan Cəlilov

Nəşr edilib : 06.11.2023 18:56