AZ EN RU

Buraxılış imtahanlarında iştirak edəcək məktəblilər üçün “Psixoloji dəstək” adlı təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin  XI siniflərində təhsil alan  şagirdlərin buraxılış imtahanlarına psixoloji  hazırlığı məqsədi ilə “Psixoloji dəstək” adlı təlimlər keçirilir.
Psixoloqlar Əsmər Səfərova və Türkanə Cəfərova tərəfindən keçirilən təlimlərdə    əsas məqsəd məktəblilərin  imtahan stressi, imtahandan əvvəl və ya imtahan vaxtı onların bacarığının  səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq hallarının aradan qaldırılmasıdır. 
Təlimlər ilk olaraq  Naxçıvan Şəhər 12, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə  keçirilib.
Təlimlərin növbəti günlərdə digər ümumtəhsil məktəblərində də  keçirilməsi nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.02.2024 21:33