AZ EN RU

Buraxılış imtahanında ən yüksək nəticəni göstərən şagirdlər bu regionlardandır

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, həmin şagirdlərdən 6 nəfəri Bakıda, 1 nəfəri Abşeron rayonunda (Xırdalan şəhərində), 1 nəfəri Gəncə şəhərində, 3 nəfəri Qəbələdə (Həmzəlli kəndində, Nohurqışlaq kəndində, Qəbələ şəhərində), 3 nəfəri Şəki şəhərində təhsil alır.
Şagirdlərin siyahısı DİM-in saytında yerləşdirilib.

Nəşr edilib : 02.04.2024 21:39