AZ EN RU

Buraxılış imtahanı keçirilib - FOTOLAR

Martın 12-də Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahan respublikanın 32 şəhər və rayonunda təşkil olunub. 50 min 823 şagirdin iştirak etdiyi imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb.

Naxçıvan Muxtar Respublikasında imtahanlar 14 binada  təşkil olunub. 265 zalda keçirilən imtahanda 3160 şagird iştirak edib. İmtahanların idarə olunmasına 40 rəhbər, 318 nəzarətçi cəlb edilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahan nəticələri yaxın vaxtlarda elan olunacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 12.03.2023 14:05