AZ EN RU

Buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi respublikanın 25 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 
Naxçıvan Muxtar Respublikasında 17 binada təşkil edilən imtahanlarda, ümumilikdə 4607 şagird iştirak edib. 384 zalda keçirilən imtahanın idarə olunmasına 59 rəhbər, 458 nəzarətçi cəlb edilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın rahat keçməsi üçün hər cür şərait yaradılıb.

Nəşr edilib : 21.04.2024 14:05